RU
Xankəndində qaz kəsildi - Partlayış nəticəsində ölən var
15:30
829

Xankəndində qaz kəsildi - Partlayış nəticəsində ölən var

Xankəndi qazsız qalıb.

7News.Az xəbər verir ki, sülhməramlıların nəzarət zonasında olan Xankəndi şəhərini qazla təmin edən magistral kəmərdə boru partlayıb, nəticədə şəhərə mavi yanacağın verilməsi dayandırılıb.

İlkin versiyalara görə, magistral qaz kəmərində qəzaya səbəb Kiçik Qaladərəsi (Kirov) qəsəbəsindəki qaz kəməri hissəsində boru kəmərinə icazəsiz və qanunsuz qoşulma nəticəsində baş vermiş partlayış olub. Partlayış nəticəsində bir yerli sakin həlak olub, dağıntılar var.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ