RU
Xaricdə yaşayan azərbaycanlıların miqrasiya problemləri müzakirə olunub
10:58
492

Xaricdə yaşayan azərbaycanlıların miqrasiya problemləri müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin eksperti Ian Hodges və yerli ekspertlərlə görüş keçirilib.

7news.az ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, görüşdə xaricdə yaşayan azərbaycanlıların miqrasiya ilə bağlı qarşılaşdığı problemlər geniş müzakirə olunub. Beynəlxalq Miqrsaiya Təşkilatının nümayəndələrinə qurumun fəaliyyəti, hazırda dünyanın 50 ölkəsində 50 milyona yaxın azərbaycanlının yaşaması, bu ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları barədə məlumat verilib. Bildirilib ki, yaşadıqları ölkələrdə müxtəlif cəvmiyyət və təşkilatlarda birləşən azərbaycanlılar miqrasiya məsələləri, həmçinin, hər hansı problemlə qarşılaşdıqda ilk növbədə diaspor təşkilatlarına müraciət edir. Diaspor təşkilatları isə lazımi sənədlərin hazırlanması üçün miqrantları konsulluq və səfirliklərə yönləndirməkdə yardım göstərir. Hazırda əsasən Rusiya, eləcə də digər MDB ölkələrində yaşayan soydaşlarımızın miqrasiya problemləri ilə qarşılaşdığı qeyd olunub. Beynləxalq Miqrasiya Təşkilatının eksperti Ian Hodges Dövlət Komitəsinin müxtəlif ölkələrdəki səfirlik və konsulluq şöbələri ilə əməkdaşlığını yüksək qiymətləndirib. Rəhbərlik etdiyi layihə barədə məlumat verən beynəlxalq ekspert bildirib ki, layihənin birinci mərhələsində xaricdə yaşayan azərbaycanlılar üçün sadə dildə yaddaş kitabçasının hazırlanması nəzərdə tutulub. Layihənin ikinci mərhələsində isə Xairci İşlər Nazirliyinin Konsulluq İdarəsinin əməkdaşları üçün təlimlər keçiriləcək.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ