Xarici borc – qeyri-rezidentlərə əcnəbi valyuta, əmtəə və ya xidmət şəklində ödənilməli olan dövlət borcu və özəl sektorun borclarının cəmi kimi başa düşülür. Bu borcların yeni bir böhrana təsir edəcəyi şübhəsiz, gün keçdikcə daha da artır. Bir neçə gün əvvəl beynəlxalq maliyyə məsləhətçisi McKinseyin hazırladığı hesabatda ölkələrin xarici borc səviyyəsinə görə sıralanması təqdim edilib:
2015-ci il üzrə ən çox xarici borcu olan ölkə ABŞ-dır. Bu ilin iyun ayına olan rəqəmlərə görə, ABŞ-ın xarici borcu 18 trilyon 540 milyard 449 milyon dollara yaxındır. Adambaşına düşən xarici borcun məbləği isə təxminən 58 min 500 dollar təşkil edir.
ABŞ-ı 10 trilyon dollarlıq ictimai xarici borc stoku ilə İngiltərə izləyir. Almaniya 5 trilyon 718 milyard dollar ilə üçüncü sırada yer alıb. Fransanın ictimai xarici borc stoku isə 5 trilyon 164 milyard dollardır. Devalvasiyadan xilas olmaq üçün ictimai xərclərini artıran Yaponiyanın isə 3 trilyon 24 milyard dollar xarici borcu var.
Qonşu dövlət Türkiyə dünyada ən az borcu olan aparıcı dövlətlərdən hesab olunur. 2007-2014 məlumatlarını əhatə edən hesabata görə, bu müddətdə Türkiyənin ümumi borcu 28% artıb. 2015-ci il etibarilə Türkiyənin borc / milli gəlir nisbəti 104% səviyyəsindədir.
Azərbaycan xarici borcu ən az olan ölkələrdəndir. Dünya ölkələri sırasında 106-cı yerdəyik. 1 yanvar 2015-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,478.2 milyon ABŞ dolları (5,081.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,6% təşkil edib. Borc vəsaitlərinin 7,3%-i 10 ilə qədər, 60,2%-i 10 ildən 20 ilə qədər, 32,5%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub./atv
7news.az








