RU
Xarici ölkə vətəndaşları Gürcüstana sadələşdirilmiş qaydalarla daxil olacaqlar
18:50
824

Xarici ölkə vətəndaşları Gürcüstana sadələşdirilmiş qaydalarla daxil olacaqlar

Gürcüstan hökuməti ölkə vətəndaşları və əcnəbilərin Gürcüstana daxil olması qaydalarını sadələşdirib.

Bu barədə Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Martın 1-dən qüvvəyə minəcək qərarla koronavirus əleyhinə tam peyvənd olunmuş və yaxud son 72 saat ərzində verilmiş PCR testin mənfi nəticəsini təqdim edən bütün xarici ölkə vətəndaşlarının hava, quru və dəniz yolu ilə Gürcüstan ərazisinə daxil olmasına icazə veriləcək.

Tam vaksinasiya kursu keçməmiş əcnəbilər ölkəyə daxil olduqdan sonra 72 saatın tamamında PCR testdən keçmək məcburiyyətindən azad olunacaqlar.

Gürcüstan vətəndaşlarına gəlincə, onlar ölkəyə daxil olmaq üçün PCR testin məfi cavabını təsdiqləyən arayış təqdim etməlidirlər. Arayışsız olan vətəndaşlar 5 gün müddətinə özlərini təcrid etməlidirlər.

Ölkə vətəndaşları da həmçinin üçüncü gün təkrar PCR test yoxlamasından keçmək öhdəliyindən azad olunacaqlar.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ