Komitə məlumat yaydı.
2015-ci ilin yanvar-oktyabrı ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin anoloji dövrü ilə müqayisədə 35,21% və ya 9,3 milyard dollar azalaraq 17 milyard 205 milyon 907 min dollar təşkil edib.
Keçən ilin 10 ayı ilə müqayisədə idxal 1,08% artaraq, 7 milyard 440 milyon 929 min dollar təşkil edib.
Beləliklə, xarici ticarət əməliyyatlarında 2 324 mln dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox azdır.
Belə ki, ötən ilin müvafiq dövründə idxal 7 milyard 361,9 milyon dollar, ixrac 19 milyard 195 milyon dollar olmaqla ticarət dövriyyəsinin müsbət saldosu 11 milyard 833,1 milyon dollar həcmində olub.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 6 005 çeşiddə mal idxal olunub. İxrac mallarının çeşidi isə daha az, 2 333 ədəd təşkil edib./oxu
7news.az








