7NEWS.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi 2023-cü ilin dekabr ayı üçün ən çox ABŞ xəzinə istiqrazlarına sahib olan xarici ölkələrin məlumatlarını açıqlayıb. Müvafiq məlumatlara görə, əcnəbilərin ABŞ-da xəzinə veksel və istiqraz aktivləri ardıcıl ikinci ay artaraq, təxminən 8,06 trilyon dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Xaricilər 2023-cü ilin noyabrında 7 trilyon 808 milyard dollarlıq istiqrazlara sahib olublar. Maraqlıdır ki, əcnəbilərin əlində olan ABŞ xəzinə istiqrazlarının ümumi məbləği 2022-ci ilin dekabr ayı ilə müqayisədə 10,5 faiz və ya 766 milyard dollar artıb.
7NEWS.az








