7NEWS.az xəbər verir ki, Ukraynanın Xarkov şəhəri günə böyük hücumla başlayıb. Ölkənin şimal-şərqində yerləşən şəhər ballistik raketlərlə hədəfə alınıb. Ukrayna rəsmiləri şəhərdə partlayış səslərinin eşidildiyini bildirib və 3 nəfərin yaralandığını bildirib. Hücumla bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib. Təşvişə düşən Kiyevlilər sığınacaqlara üz tutublar.








