RU
Xarkovda atışmalardan sonra xəstəxanalara yerləşdirilən uşaqlar - FOTO
12:43
73

Xarkovda atışmalardan sonra xəstəxanalara yerləşdirilən uşaqlar - FOTO

Ukrayna ərazisində Rusiya ordusunun apardığı genişmiqyaslı hərbi əməliyyatlardan nəinki böyüklər, uşaqlar da əziyyət çəkir. Döyüşlərin başladığı gündən bəri onlarla uşaq yaralanıb, yaxud həyatını itirib.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Xarkov vilayətində atışmalardan sonra  xəstəxanalara yerləşdirilən uşaqların fotosunu paylaşıb. Onların bəzilərinin həyat təminatı aparatına qoşulduğu görünür.

 

Bundan başqa kadrlar arasında bazarda həlak olan 16 yaşlı yeniyetmənin də fotosu var.

Qeyd edək ki, Ukrayna Milli Polisinin martın 8-nə olan məlumatına görə, əməliyyatlar başlayandan bəri Ukraynada 50-dən çox uşaq həyatını itirib.

 

Mənbə: 24tv.ua

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ