Son günlər paytaxt sakinləri arasında yüksək temperatur, ürəkbulanma, qusma, ishal, öskürək kimi əlamətlərlə müşahidə olunan xəstəlik yayılıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatda bildirilir ki, fəsil dəyişikliyi, havanın gün ərzində bir neçə dəfə dəyişməsi də xəstəliklərə yoluxma hallarının artırır. Hazırda ölkə ərazisində təhlükəli bir virusun yayılmayıb. Yayılan xəstəlik kəskin respirator virus infeksiyasıdır.
Gün ərzində 100, bəzən 200-ə yaxın şəxs kəskin respirator virus infeksiyaları ilə bağlı müraciət edir. Havanın temperaturu tez-tez dəyişir. Bu da xəstəliklərin artmasını qaçılmaz edir. Ona görə də insanlar geyimlərini hava şəraitinə uyğun seçsinlər. Mərkəzdən o da bildirilib ki, yüksək temperatur müşahidə edilən xəstələr mütləq həkimə müraciət etməlidirlər. Xəstəliyi yataq rejimində keçirməli, həkimin müəyyən etdiyi dərmanları qəbul etməlidirlər./atv.az
7News.Az








