RU
Xələf Xələfov braziliyalı nazirin müavini ilə görüşüb
22:13
740

Xələf Xələfov braziliyalı nazirin müavini ilə görüşüb

Xarici işlər nazirinin müavini Xələf Xələfov Braziliya Federativ Respublikasının xarici işlər nazirinin müavini Fernando Simas Maqalhaes ilə görüşüb.

7news.Az-a XİN-dən daxil olan məlumata görə, görüşdə nazir müavini Xələf Xələfov Azərbaycan və Braziliya arasında xüsusilə hər iki ölkənin səfirliklərinin açılması ilə ikitərəfli əlaqələrin inkişaf etdiyini, iqtisadi, mədəni, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu qeyd edib.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində xarici investorlar üçün əlverişli mühitin yaradılıdığını diqqətə çatdıran Xələf Xələfov Braziliya istehsalı olan Embraer tipli təyyarələrin ölkəmizdə mülki aviasiyada istifadə edildiyini qeyd etdi və digər Braziliya şirkətlərinin də ölkəmizdə uğurlu fəaliyyəti üçün imkanların olduğunu vurğulayıb.

İki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin əhəmiyyətindən danışan Xələf Xələfov sərmayələrin təşviqi, gömrük, kənd təsərrüfatı, ikiqat vergidən azadolunma və digər sahələrə dair sazişlərin imzalanmasının gələcək əməkdaşlıq üçün vacib olduğunu diqqətə çatdırıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ