RU
Xələf Xələfov rusiyalı həmkarı ilə məsləhətləşmələr keçirdi
13:28
216

Xələf Xələfov rusiyalı həmkarı ilə məsləhətləşmələr keçirdi

Azərbaycan və Rusiya XİN rəhbərlərinin müavinləri – Xələf Xələfov və Qriqoriy Karasin Bakıda siyası məsləhətləşmələr aparıblar.

Bu barədə 7News.Az Rusiya XİN-in rəsmi saytına istinadla xəbər verir.

"Siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərə dair bir sıra aktual məsələlər müzakirə edilib. Azərbaycan-Rusiya münasibətlərinin strateji xarakteri təsdiqlənib.
Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirilib”, - sənəddə deyilir.

Məsləhətləşmələr zamanı tərəflər "Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasının Xəzəryanı dövlətlərin müxtəlif  formatlarda münasibətlərinin nizamlanmasında, həmçinin regional təhlükəsizliyin möhkəmlənməsində əhəmiyyətini vurğulayıblar”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ