RU
“Xərçəngə yenilməyək” adlı maraqlı kampaniya keçirildi
13:42
570

“Xərçəngə yenilməyək” adlı maraqlı kampaniya keçirildi

04 fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü ərəfəsində sosial mediada "Xərçəngə yenilməyərək” adlı maraqlı kampaniya keçirilmişdir.
 
Bu kampaniyanın təşkilatçısı Kəmalə Seyidovanın birdirdiyinə görə, "Xərçəngə yenilməyərək” adlı sosial layihənin əsas məqsədi yaşından, cinsindən və onkoloji diaqnozundan aslı olmayaraq xərçənglə mübarizədə yenilməyən insanların şəxsi təcrübələrini bölüşərək, başqalarına bu ağır mübarizədə ruhlandırmaq və dəstək olmaqdır.
 
Qeyd edək ki, bu kampaniya çərçivəsində xərçəngə yenilməyən insanlar öz mübarizə hekayələrini və xəstəlikdən öncə və sonrakı şəkillərini paylaşaraq digər xərçəng xəstələrini ruhdan düşməməyə və mübarizəni davam etdirməyə səsləmişdirlər. "Xərçəngə yenilməyərək” adlı kampaniya facebook sosial şəbəkəsində istifadəçilərin çox böyük marağına səbəb olmuşdur.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ