7NEWS.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Ukrayna tərəfindən yeni bir qərar verildi. Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib ki, cümə günündən Ukraynanın cənubundakı Xerson şəhərində 58 saatlıq komendant saatı tətbiq olunacaq. Bundan əlavə, şəhərin giriş-çıxışlara bağlanacağını ifadə edən Prokudin bölgə sakinlərinin ehtiyaclarını ödəmək üçün evlərinin yaxınlığındakı dükanlara gedə biləcəklərini bildirib.
7NEWS.az








