Almaniya mətbuatı 20-ci əsrin birinci yarısında baş verən dəhşətli hadisədən yazıb.
Karl Tansler adlı həkim həyatını dəyişən xəstəsinin cəsədiylə 7 il birlikdə yaşayıb. Bildirilir ki, vərəm xəstəliyindən əziyyət çəkən Elena adlı xanım müalicə almaq üçün xəstəxanada işləyən Karla müraciət edib. Çox keçmədən həkim xəstəsinə aşiq olub.
Qadına qarşı hədsiz sevgi hiss edən Karl, çox çalışsa da xanımdan müsbət cavab ala bilməyib. Elenanın başqasıyla evlənməsi belə həkimin fikrini dəyişməyib. İki il ərzində müalicə alan Elena, xəstəlikdən yaxa qurtara bilməyərək həyatını itirib.
Amma onun dünyasını dəyişməsi belə Karlın sevgisinə əngəl olmayıb. Həkim, Elenanı gecə vaxtı qəbirdən çıxardaraq evinə aparıb. Onunla düz 7 il birlikdə yaşayıb.
Gecələri xanımın yanında keçirən həkim, cəsədin çürüməsinin qarşısını müxtəlif yollarla almağa çalışsa da, bu nəticə verməyib. Çürümüş cəsədə tez-tez ətir vuran Karl, onunla yaşamağa davam edib. Dəhşətli hadisənin üstü mərhumun bacısının sayəsində açılıb. Məsələdən təsadüfən xəbər tutan qadın, polisə müraciət edib.
Qeyd edək ki, Karl Tansler Almaniyanın adlı sanlı həkimlərindən biri olub.
7News.az








