RU
Xəstəxanada PARTLAYIŞ: bina uçdu, insanlar dağıntılar altında qaldı (YENİLƏNDİ)
11:30
309

Xəstəxanada PARTLAYIŞ: bina uçdu, insanlar dağıntılar altında qaldı (YENİLƏNDİ)

ABŞ-ın Texas ştatının Qeytsvil şəhərindəki xəstəxanada baş vermiş partlayış zamanı 1 nəfər ölüb.

Hadisə zamanı həmçinin daha 12 nəfər yaralanıb. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

Hakimiyyət orqanları insidentin səbəblərini müəyyənləşdirə bilməyiblər. Bununla belə, bəzi məlumatlara görə, generator partlayıb.

Xəstəxanadan 12 xəstə təxliyə edilib. Onlar digər tibb müəssisələrinə yerləşdiriliblər./publika

 

7news.Az

-----

ABŞ-ın Texas ştatında xəstəxanada partlayış olub.

Qeytsvil şəhərindəki xəstəxanada baş verən partlayış zamanı bina dağılıb. Partlayış xəstəxananın genişləndirilməkdə olan qazanxana hissəsində baş verib. Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Polis məlumatı təsdiqləyib.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Xəstəxanadakı xəstələr və həkimlər təxliyə olunub./publika

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ