Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki xəstəxananın reanimasiya şəbəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.
7News.az xəbər verir ki, ölənlərin çoxu jurnalist və hüquqşünasdır. Onların arasında Bəlucistan Vəkillər Kollegiyasi Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Qazi də var.
Məlumata görə, terror hadisəsi nəticəsində onlarla insan xəsarət alıb./report
7News.az








