Çində bir xəstənin başına gələn hadisə ölkədə böyük səs-küyə səbəb olub.
Məsələ buarsındadır ki, Liu Yongvey adlı şəxs yol nəqliyyat qəzası keçirib. Qəza nəticəsində sinə hissəsində müəyyən problemlər yarandığından o, dərhal əməliyyat olunub. Əməliyyatdan sonra Liu müalicə üçün başqa xəstəxanaya müraciət edib. Lakin orda müayinə aparan həkimlər ona sağ böyrəyinin yerində olmadığını deyiblər. Eşitdiyi xəbərdən şoka düşən çinli əməliyyat olunduğu xəstəxana həkimlərindən bu haqda soruşduqda onlardan sadəcə “böyrəyin öz özünə yox olub” cavabını alıb. Hazırda xəstəxananı məhkəməyə verməyə hazırlaşan Liu Yongvey məsələnin ciddi araşdırılmasını və böyrək oğrularının tapılmasını tələb edir.
7News.Az








