8 aylıq hamilə qadın Amerikanın Miçiqan ştatının Detroit şəhərindəki Macomb County həbsxanasındakı kamerada doğum edib.
7News.az Britaniya mediasına istinadla bildirir ki, qadının kamerada doğum etməsinə səbəb isə qapıda dayanan mühafizəçinin onun real sancılarının olduğuna inanmaması olub. Belə ki, o, qadının hiylə işlətdiyini düşünüb və onu xəstəxanaya göndərilməsinə icazə verməyib. Çarəsiz qalan qadın kamerada doğum edib. Həmin anlar təhlükəsizlik kamerasına düşüb.//milli.az
7News.az










