Bakıda səhər saatlarında yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
7News.az








