Xəyanətə məruz qalan kişi qeydiyyat şöbəsində 5 uşağa sahib olduğunu öyrənib.
Adıyamanda yaşayan və əkinçiliklə məşğul olan Kənan O. 2003-ci ildə Elif O. ilə evləndikdən bir il sonra İstanbula köçüb. Bu evlilikdən 4 uşaqları olan cütlük zamanla problemlər yaşamağa başlayıb. Kənan O.nun iddiasına görə arvadı onu Əkrəm G. adlı biri ilə aldadıb. Kişi iş üçün ya da başqa bir şey üçün bayıra çıxanda isə arvadı Əkrəm G.yi evə alıb. Qadın bu vəziyyətə şahid olan övladlarını atalarına deməmələri üçün döyüb, silahla təhdid edib. Bunlara daha çox dözməyən Kənan O. həyat yoldaşının ailəsini çağıraraq boşanmaq istədiyini deyib. O, 20 aprel 2015-ci ildə xanımı ilə yaşadığı mənzili tərk edərək vətəni Adıyamana qayıdıb. Sonra dərhal xanımına boşanma davası açıb.
Kənan lazımi sənədləri almaq üçün qeydiyyat şöbəsinə müraciət edəndə 4 deyil, 5 uşağa sahib olduğunu öyrənib.
Vətəninə qayıtdıqdan sonra bir daha İstanbulda ayrı yaşadığı xanımı ilə görüşməyən Kənan O. məhkəməyə müraciət edib.
Aparılan istintaqın ardından İstanbulda yaşayan Elif O. haqqında "Uşağın soy tabeliyini dəyişdirmək" cinayətindən 3 ilə qədər həbs tələbi ilə cinayət işi açılıb. Beşinci uşaq ilə bağlı həqiqət qadının ifadəsi ilə ortaya çıxıb: "Rəsmi nikahlı həyat yoldaşım Kənandan 2 ildir ki, ayrı yaşayıram. Bu ailəmizdən 4 birgə uşağımız var. Həyat yoldaşımdan ayrıldıqdan sonra qardaşımın evinə getdim. Orada bir gecə qalmışam. Həyat yoldaşım gəlib uşaqları məndən aldı. Qardaşımın yanından qaçmışam. Daha əvvəldən tanıdığım Əkrəm G.-yə telefonla zəng edərək yanına getdim.
Ailəmə zəng etdim. Ancaq ailəm məni qəbul etmədi. Mən də məcburən Əkrəm G. ilə birlikdə yaşamağa başladım. Əkrəm G. ilə münasibətimdən 1 oğlan uşağı doğdum. Rəsmi nikahlı həyat yoldaşım Kənan O.dan hələ boşanmamış olmağım səbəbindən Əkrəm G.dən olma uşağımın kimliyini çıxarmaq üçün qeydiyyat şöbəsinə getdim. Əkrəm G. ilə münasibətimdən olma uşağımı rəsmi nikahlı həyat yoldaşımın üzərinə qeydə aldım".
Məhkəmə Elif O.nu 1 il həbs cəzasına məhkum edib. Müttəhimə yaxşı hal endirimi tətbiq edən məhkəmə cəzanı 10 aya salıb və sonra müqəssirin heç bir cinayət işləmədiyini nəzərə alınmaqla hökmün açıqlanması 5 il müddət təxirə salınıb./goldnews
7news.Az








