"Xacti Group" holdinqinin sahibi, multimilyarder Robert Osterlundun xanımı Sara Parsqlou boşanmaq üçün məhkəməyə müraciət edib.
43 yaşlı milyarderin 46 yaşlı xanımının dediyinə görə, əri ona interyer dizayneri olan Azadə Bənai adlı qadınla xəyanət edib.
Sara Parsqlou mənəvi təzminat qismində 150 milyon dollar tələb edir.
2001-ci ildə ilk şirkətini yaradan və internet-reklamla məşğul olan Robert Osterlundun indi 40 şirkəti var.
Sara Parsqlou ona xəyanət etmiş ərindən "Deja Vu" adlı superlüks yaxtanın da alınmasını tələb edir.
Sara Parsqlounun dediyinə görə, əslən fin olan Robert Osterlundla 1996-cı ildə tanış olub. Həmin vaxtlar Osterlund çiçək satıcısı idi.
İki il sonra isə onlar evləniblər.
Vəkillərin dediklərinə görə, boşanma prosesi bir neçə il davam edə bilər./milli
7news.az









