Bakıda daha bir nəfər dənizdə batıb.
7news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (qadağan olunmuş vaxtda çimərkən) 1 nəfərin batması barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
1985-ci il təvəllüdlü Əliyev Murad Rəfayıl oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
7news.Az








