RU
Xəzər dənizi ilə bağlı həyəcan təbili: belə gedərsə... - VİDEO
18:10
239

Xəzər dənizi ilə bağlı həyəcan təbili: belə gedərsə... - VİDEO

Əsrin sonuna kimi Xəzərin səviyyəsinin xeyli düşəcəyi deyilir. Alimlər araşdırıb ki, bu öz növbəsində bir sıra problemlərə, o cümlədən ekoloji fəsadlara səbəb olacaq, eyni zamanda, regionun iqtisadi və siyasi stabilliyinə təsir edəcək. Ümumiyyətlə Xəzərdə suyun səviyyəsinin nə qədər və niyə düşməsi gözlənilir.

Xəzər dənizində suyun səviyyəsinin enməsibir neçə müddətdir müzakirə olunur. Hətta dünya mediası da artıq bundan danışır. Almanniya və Hollandiyalı alimlərin araşdırmalarının nəticələri isə heç də ürəkaçan deyil. Beləki, əsrin sonuna qədər Xəzərdə suyun səviyyəsinin 18 metrədək düşməsi ehtimal edilir. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirirki, proqnozlaşdırılan nəticələr qlobal istiləşmə ilə bağlıdır. Bu, həm də çaylarda suyun azalmasına və quraqlıq kimi problemlərə səbəb ola bilər. Nazirlik rəsmisinin sözlərinə görə, artıq məsələ ilə bağlı tədqiqatlara başlanıb. Dənizinsuyunun azalmasının qarşısının alınması isə aparılan araşdırmalardan, həmçinin gələcək iqlim dəyişkənliyindən asılıdır. 

Rafiq Verdiyev bildirir ki, problemin həlli üçün bütün Xəzəryanı dövlətlər səylərini birləşdirməlidir. 

Qurum rəsmisi deyir ki, gələn ilin əvvəllərində məsələnin həllinə dair alman alimlərlə birlikdə növbəti seminarların keçirilməsi planlaşdırlır.

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ