Ötən gün balıqçılar tərəfindən Xəzərin Ələt sahilində tapılan kişi meyidinin itkin düşən neftçilərdən biri, operator Vidadi Qurbanova məxsus olduğu ehtimal edilir. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyindən verilən məlumata görə, hazırda meyit üzərində ekspertiza aparılır.
Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. //istipress
7News.az







