17 fevral 2017-ci il tarixdə saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində, sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.
7News.az Dövlət Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyidi sahilə çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
7News.az