RU
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
16:50
545

Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb

Xəzər dənizi sahilində, Mahaçqla şəhəri yaxınlığında 150-dən çox nadir suiti ölüsü aşkar edilib.

7News.Az Trend-ə istinadən bildirir ki, ölü heyvanlar son iki gün ərzində müşahidə edilib.

Mütəxəssislər ölü suiti sayının 200-ə çata biləcəyini ehtimal edir. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə məməli növdür. Bu heyvanlar 2008-ci ildən etibarən nəsli kəsilməkdə olan heyvan statusu ilə "Qırmızı kitab"a salınıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ