RU
Xəzər icra başçısının müavini külli miqdarda qızılla tutuldu - Bakı aeroportunda əməliyyat
21:01
1143

Xəzər icra başçısının müavini külli miqdarda qızılla tutuldu - Bakı aeroportunda əməliyyat

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.

Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.

Qeyd edək ki, Əfsər Mirzəliyev Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahovun müavini vəzifəsində çalışır.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ