RU
“Xəzər Lənkəran” stadionu bu vəziyyətdədir
18:56
832

“Xəzər Lənkəran” stadionu bu vəziyyətdədir

Topaz Premyer Liqasının ikinci yarısının hazırlıqlarını doğma şəhərdə davam etdirən “Xəzər Lənkəran” çətinliklə üzləşib.

7News.Az xəbər verir ki, aramsız yağan qar Lənkəran Şəhər Mərkəzi stadionunu yararsız hala salıb. Hazırda stadionda 20-25 sm hündürlüyündə qar var. Qarın stadiondan təmizlənmə işləri isə dayandırılıb. Buna səbəb axşam şaxta olacağı halda ot örtüyünün daha da bərbad vəziyyətə düşmək təhlükəsidir. 

Yanvarın 31-də çempionatın növbəti turunda “Rəvan”la qarşılaşmalı olan “Xəzər Lənkəran” isə bu gün istirahətə buraxılıb. Böyük ehtimalla komanda sabah da məşqini qapalı məkanda keçirəcək.

Stadionun fotolarını təqdim edirik:

“Xəzər Lənkəran” stadionu bu vəziyyətdədir - Fotolar
“Xəzər Lənkəran” stadionu bu vəziyyətdədir - Fotolar

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ