RU
Xəzər rayonunda evə basqın edən quldur dəstəsinə hökm oxunub
16:45
507

Xəzər rayonunda evə basqın edən quldur dəstəsinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakinləri Salman Zeynalov, Mircavid Mirbağırov, Yaşar Yusifov, Şamil Quliyevin və Cəlilabar daryon sakini Mais Abıyevin CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildkidə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.3.2 (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, ötən il sentyabrın 30-dar Bakının Xəzər rayonunda təqsirləndirilən şəxslər vətəndaş Rəşad Quliyevin evinə qanunsuz daxil olaraq ev sahibinin və onun ailə üzvlərinin əl-qolunu bağlayaraq pul tələb ediblər. Maskalı şəxslər aldıqaları məlumat əsasında evdə bir milyon pul olduğunu bildirərsələr də, zərərəkən bu məlumatın düz olmadığını deyib. Evdə axtarış aparan cinayətkarlar 1200 manat, 200 dollar, qızıl əşyalar və ov tüfəngi aparıblar. Həmin gün Rəşad Quliyev baş vermiş hadisə ilə bağlı Xəzər RPİ 1-ci polis bölməsinə şikayət edib. Oktyabrın 3-də Baş Cinayət-Axtarış İdarəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri tutulublar.

Məhkəmənin hökmü ilə M.Mirbağırov və Y.Yusifov 14 il, Mais Abıyev və Salman Zeynalov 12 il, Şamil Quliyev 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ