Ötən gün Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Bizə danış" verilişində həyəcanlı anlar yaşanıb.
7News.az xəbər verir ki, telekanala təhlükəsizliyin təmin edilməsi üçün polis əməkdaşları cəlb edilb. Telekanalın mühafizəiçərinə yardım məqsədi ilə Xətai Rayon Polis Bölməsinin əməkdaşları da Xəzər TV-nin həyətinə gətiriliblər.
Buna səbəb isə 5 ildir bir-birini sevən Elnur və Günayın həmin gün verilişdə iştirak etməsi olub. Ailələr arasında ciddi münaqişəni nəzərə alan telekanal təhlükəszilik tədbirlərinə əl atıb. Veriliş ərzində hər iki tərəfin qohumları televiziyanın həyətinə toplaşıblar.
3 il Laçın Rayon Polis İdarəsinin rəisi Məhəmməd Kərimovun oğlu Aqşin Kərimova nişanlı olan Günay 5 il sevdiyi oğlana qoşulub qaçıb. Elə hər 3 ailə arsında münasibətlər bundan sonra korlanıb. Belə ki, qızın qohumları cütlüyü ölümlə hədələyirlər. Buna görə də onlar neçə müddətdir ki, gizlənirlər.//baku.ws
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










