RU
Xəzər yenə can aldı, iki nəfər qurtuldu
19:00
980

Xəzər yenə can aldı, iki nəfər qurtuldu

Bu gün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri üçün gərgin başlayıb. Onlar 2 nəfərin həyatını qurtarıblar. 1 nəfər isə xilas ola bilməyib. 

7news.Az nazirliyin saytına istinadən bildirir ki, Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri Qaradağ rayonunda 2 nəfəri dənizdə batmaqdan xilas ediblər.

Xaçmaz rayonunda isə Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlu dənizdə boğulub. Xilasedicilər onun cəsədini sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ