RU
Xəzərdə 18 yaşlı qız boğuldu
21:30
1950

Xəzərdə 18 yaşlı qız boğuldu

Xəzər dənizində 1 nəfər boğulub, 3 nəfər xilas edilib.

7news.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan ikisi xilas edilib.

Digər 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha bir nəfər isə Abşeron rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Xilasedicilər vətəndaşı sudan çıxarıblar.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ