Gecə saatlarında "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb.
7News.Az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı deyib.
Onun sözlərinə görə, budkada 10 nəfər işçi olub: "Aldığım ilkin məlumata görə bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itkin düşüb”./azvision.az
***
"Azneft” İB-nin mətbuat xidmətindən bildirilib ki, yaxın dəqiqələrdə hadisə ilə bağlı rəsmi açıqlama olacaq.
İtkin düşənlər aşağıdakı şəxslərdir:
- Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək..qafqazinfo
7News.Az








