Daha bir nəfərin axtarışları davam edir.
Bu gün Xəzər dənizində batan 3 nəfərdən daha birinin cəsədi tapılıb.
7news.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda küləkli havada dənizdə çimərkən naməlum səbəbdən batmış təxminən 25-26 yaşında olan digər naməlum qadının cəsədi Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam etdirilir əlavə məlumat veriləcək.
18:41
Xəzər dənizində üç nəfər batıb.
7news.Az-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xəzər rayonunda, 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) qeydə alınıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat əsasında dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 25-26 yaşında olan naməlum qadın cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər batanların axtarışları davam etdirilir.
7news.Az








