Siyəzəndən 37 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 00:22-də Siyəzəndən 37 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.
Zəlzələnin maqnitudası 4.2, dərinliyi 59 km olub./oxu.az
7News.Az








