RU
Xəzərdə yanan Rusiya tankeri söndürüldü
21:26
1276

Xəzərdə yanan Rusiya tankeri söndürüldü

Gəmi Bakıya gətirilir.

Bu gün Xəzər dənizində göyərtəsində yanğın baş verən Rusiya gəmisi Bakıya gətirilir.

7news.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin birgə məlumatında bildirilir.

Məlumata görə, FHN-in “Vixr-5” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “LİUTOGA” gəmiləri Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2” tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.

------

Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Adminstrasiyasının və "Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin" QSC-nin birgə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT-2" tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olub, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. 

Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Qeyd edək ki, tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas edilib, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ