RU
Xəzərdə yanan Rusiya tankerində 1 nəfər ölüb, 18 nəfər təxliyə olunub
13:23
814

Xəzərdə yanan Rusiya tankerində 1 nəfər ölüb, 18 nəfər təxliyə olunub

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb.

Bu barədə RİA "Novosti" agentliyi öz mənbələrinə istinadən xəbər verir.

Agentliyin xəbərinə görə, hadisə baş verən zaman tankerin göyərtəsində 11 nəfər olub: "Hadisə nəticəsində bir nəfər ölüb, göyərtədə olan digər 10 nəfər təxliyə olunub".

Bildirilir ki, hadisə baş verən an tankerdə neft məhsulları olmayıb.

***
11:21

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

7News.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ