RU
Xəzərdən su içəcəyik
16:40
351

Xəzərdən su içəcəyik

Dünyada baş verən qlobal iqlim dəyişkənliyi nəticəsində şirin su ehtiyatlarının tükənməsi barədə dəfələrlə həyəcan təbili çalınıb.

Məlumatlara görə, qlobal iqlim dəyişmələri ilə əlaqədar temperaturun və buxarlanmanın artması nəticəsində su ehtiyatlarımız 20-25 faiz azala bilər. BMT-nin Minilliyin İnkişaf Hədəfləri hesabatında yer alan məlumatlar da dünyanı yaxın gələcəkdə şirin su problemi ilə üz-üzə qalmaq təhlükəsinin gözlədiyi əks olunub. Ekspertlərin rəyinə görə isə təmiz və içməli su problemi Azərbaycanın ekoloji problemləri sırasında da ilk yerlərdən birini tutur. Bu günlərdə bu məsələyə toxunan ekologıya və təbıı sərvətlər nazıri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib ki, Xəzər dənizi suyunun şirinləşdirilməsi ilə bağlı planaların son mərhələsindəyik. Nazir yanvar ayından ümumilikdə gün ərzində 6 min kubmetrə qədər duzlu suyu şirinləşdirib istifadə edə biləcəyini söyləyib. Qeyd edək ki, dəniz suyunun şirinləşdirilərək içməli su kimi istifadəyə verilməsinin artıq vaxtı çatdığı qlobal iqlim dəyişikliyi ilə bağlı təşkil olunmuş beynəlxalq simpoziumlarda da dəfələrlə gündəmə gətirilib. Azərbaycan isə bu işə xeyli müddətdir ki, başlanılıb. Artıq ölkəmizdə gün ərzində Xəzər dənizindən götürülən 1000 kub metr su şirinləşdirilərək istifadəyə verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədr əvəzi Ramik Əşrəfov Movqe.az-a açıqlamasında bildirib ki,bu ilin yanvar ayından bu rəqəmin ən azı 2000 kuba çatdırılacağı nəzərdə tutulur. R. Əşrəfov deyir ki, hazırda Xəzər dənizindən götürülərək şirinləşdirilən su yaşıllaşdılmada istifadə olunsa da, ümumiyyətlə içməyə yararlı sudur: "Sadəcə olaraq bu sudan hələki yaşıllaşdırmada, suvarmada istifadə olunur. Amma gələcəkdə içməli su kimi də istifadəyə verilməsi də nəzərdə tutulur”.
Həmsöhbətimiz deyir ki, dəniz suyu olsa da, su təmizlənərkən bakterioloji mübarizə tədbirləri aparıldığından içməli su kimi tam təhlükəsizdir. "Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzinin sözlərinə görə, hazırda bu qurum tərəfindən şirinləşdirilən dəniz suyunun istehsalı "Azərsu” ASC-nin satdığı sudan ucuz başa gəlir. R. Əşrəfov bildirir ki, yaxın gələcəkdə Salyan rayon Xıdırlı kəndinin məhz Xəzər dənizinin suyunun şirinləşdirilməsi yolu ilə əldə edilən içməli su ilə təmin edilməsi nəzərdə tutulub.
"Azərsu” ASC "Sukanal” Elmi Tədqiqat Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov
da Azərbaycan ərazisində içməyə yararlı suların məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylandığını söyləyir. Onun sözlərinə görə, hazırda Azərbaycanın istifadəyə yararlı su ehtiyatı 36 milyard kub metrdir: "Bunun 9 milyard kub metrini yeraltı su mənbələri, 7 milyard kub metrini yerüstü su mənbələri, təxminən 70 faizinin transsərhəd sular təşkil edir. Yəni ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.Ümumiyyətlə hesablama aparsaq görərik ki, bu rəqəmlərlə Azərbaycanda adambaşına gündəlik 370-380 litr su düşür”.
Həmsöhbətimiz deyir ki, Azərbaycanda ümumilikdə götürdükdə içməli su problemi ciddi olmasa da, içməyə yararlı suların qeyri-bərabər paylanması bəzi zonalarda içməli su problemini ortaya çıxardır: "Tutaq ki, Şəki-Zaqatala, Gəncə-Qazax, Qusar-Xaçmaz bölgələrində yeraltı içməli su mənbələri çoxdur. O bölgələrdə içməli su problemi yaşanmır. Amma Aran bölgələrində icməli yeraltı su mənbələrinin olmaması problemlərə yol açır”.
Qeyd edək ki, ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən "kasıb” ölkəsi olmasına baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ