RU
“Xəzər”in aparıcısı qəzaya düşdü
20:15
2999

“Xəzər”in aparıcısı qəzaya düşdü

Xəzər TV-nin aparıcısı Leyla Mustafayeva qəzaya düşüb.

7news.az xəbər verir ki, bu haqda aparıcının özü sosial şəbəkədə məlumat paylaşıb.

O, qəzanın Oğuz-Qəbələ yolunda baş verdiyini bildirib.

Leyla Mustafayeva avtomobilinin fotolarını paylaşaraq “Oğuz-Qəbələ yolunda yol polisini gözləyirik. Döyüşən danalar qəfil özlərini yola atdılar. Bu da nəticə…” şərhini yazıb.

Qeyd edək ki, Leyla Mustafayeva “Ənənə boxçası” verilişinin aparıcısıdır.

7news.az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ