RU
Xəzəryanı ölkələr arasında sərnişin gəmi reysləri açılacaq
23:15
409

Xəzəryanı ölkələr arasında sərnişin gəmi reysləri açılacaq

Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin III iclasının yekunlarına dair bəyannamə qəbul olunub

7news.az APA-ya istinadən xəbər verir ki, nazirlər hava, dəniz, quru və dəmir yolları üzrə infrastrukturun təkmilləşdirilməsi, yenilənməsi və Xəzəryanı ölkələr arasında sərnişin gəmi reyslərinin açılması haqqında razılıq əldə ediblər.

Onlar həmçinin elmi əməkdaşlığın artırılması, qısa müddətli kursların təşkili, elmi və təcrübə seminarlarının keçirilməsi və tələbə mübadiləsi haqqında razılaşıblar.

İclasda ölkələr arasında yük daşımaları və tranzit üçün şəraitin asanlaşdırılmasına dair razılıq da əldə olunub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ