RU
XİN: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var
14:47
312

XİN: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var

BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub. 

7news.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var:

"Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır.

O ki qaldı Tiqran Balayanın dediyinə, onun, yəqin, bu məsələlərdən xəbəri yoxdur”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ