"Azərbaycan sülh gündəliyinə sadiqdir. Hesab edirik ki, Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəlarına zidd olaraq Ermənistan silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb: "Eyni zamanda azad olunan ərazilərdə mina təhlükəsi qalmaqdadır”.








