44 günlük Vətən müharibəsindən sonra BMT ilə əməkfaşlığımızda yeni gündəlik formalaşıb.
7NEWS.Az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Elnur Məmmədov bildirib ki, bu əməkdşlıq ilk növbədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə aiddir.
"Bu məsələ bərpa və quruculuq işlərinin bilavasitə sürətinə təsir edir. Ona görə də minalardan təmizlənmə məsələsi BMT ilə əməkdaşlıqda gündəmdə olan məsələlərdəndir. İkinci məsələ məcburi köçkünlərin bu ərazilərə qayıtmasıdır. Ümid edirəm ki, postmünaqişə dövründəki bu məsələrlə bağlı bizim BMT ilə qarşılıqlı faydalı əməkdaşlığımız davam edəcək”,- deyə Elnur Məmmədov bildirib.
7NEWS.Az








