RU
XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb
22:06
216

XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb

Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 7NEWS.Az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 gün ərzində açıqlanacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ