RU
XİN-dən ermənilərə
16:00
877

XİN-dən ermənilərə

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma “Dağlıq Qarabağ Respublikası”nın BMT-bə bəyanat yayması haqda xəbərlərə reaksiya verib.

Nazirlikdən 7news.Az-a daxil olan açıqlamada bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında “bəyanat” yayması barədə xəbərlər Ermənistan XİN-nin növbəti uydurmasıdır.Ermənistan XİN-də xülya və mifologiyanın reallıq ilə qarışıq salınması artıq heç kimi təəccübləndimir: “Əslində Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir. Ətraf mühitə hörmətlə yanaşılan BMTsistemində adətən bu qəbildən olan izafi kağız parçaları maklatura məqsədilə istifadə edilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ