RU
XİN-dən İstanbuldakı terrorla bağlı
14:20
1537

XİN-dən İstanbuldakı terrorla bağlı

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin İstanbul şəhərində törədilən terror aktını pisləyib.

 

7news.Az-ın məlumatına görə, nazirliyin yaydığı bəyanatda deyilir:

İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınayırıq. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.

Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır`.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ