RU
XİN: Parisdə dəhşətli terror aktlarını qəti şəkildə qınayırıq
12:18
266

XİN: Parisdə dəhşətli terror aktlarını qəti şəkildə qınayırıq

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

XİN bəyan edib ki, bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha bildiririk.

“Həmçinin, yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ