RU
XİN Rusiya telekanalının əməlini qəti şəkildə pisləyib
15:34
619

XİN Rusiya telekanalının əməlini qəti şəkildə pisləyib

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunması tərəfimizdən qəti şəkildə pislənilir.

Bu barədə Rusiyanın “Lifenews” telekanalında Azərbaycanın xəritəsinin təhrif olunduğu videosüjetə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi məsələ ilə əlaqədar lazımı tədbirlər görəcək: “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunması tərəfimizdən qəti şəkildə pislənilir. Bu, ilk növbədə kanalın beynəlxalq hüquqa olan hörmətsizliyinin nümunəsidir, obyektivlik və peşəkarlıqdan tamamilə kənardır. "Lifenews" kanalı əvvəllər də Azərbaycana qarşı qərəzli mövqeyi ilə fərqlənib. Bu da yəqin ki, kanal rəhbərliyinin şəxsi qərəzindən və erməni lobbi dairələrinin təsiri altında olmalarından irəli gəlir”.

Xatırladaq ki, dekabrın 5-də "Lifenews"da efirə gedən süjetdə nümayiş olunan Azərbaycan xəritəsi təhrif edilib. Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar xəritədə göstərilməyib.

Qeyd edək ki, "Lifenews" kanalının baş direktoru Aşot Qabrielyanovdur./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ