RU
XİN Türkiyədəki terror aktını qəti şəkildə pislədi
14:15
504

XİN Türkiyədəki terror aktını qəti şəkildə pislədi

Xarici İşlər Naszirliyi İstanbul şəhərində törədilmiş terror aktı ilə əlaqədar açıqlama yayıb.
 
7news.Az nazirliyin mətbuat xidmətinə istinadən açıqlamanı təqdim edir: "Biz, İstanbulun Beşiktaş rayonunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.

 

XİN-in məlumatında qeyd edilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ