Türkiyənin 2016-cı ilin iyun ayından etibarən Azərbaycana qarşı viza rejimi tətbiq edəcəyi gözlənilmir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat XİN-ə daxil olmayıb və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.
Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində yer alan məlumata görə, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək.//trend
7news.az








